Sizin Reklamınız Burada ola bilər!
Terrorçunun yanında görüntülənən israilli qadınlarla bağlı açıqlama
Terrorçunun yanında görüntülənən israilli qadınlarla bağlı açıqlama

Terrorçunun yanında görüntülənən israilli qadınlarla bağlı açıqlama

İsrailin nüfuzlu mətbuat orqanı “Yedioth Ahronot”, İstanbuldakı terror aktını törədən qadının təhlükəsizlik kameraları tərəfindən lentə alınmış görüntülərində yanından keçən iki qadının israilli olduğunu açıqlayıb.
 Yeniavaz.com xəbər verir ki, qəzet, İranın İRNA xəbər agentliyinin bu görüntünü paylaşdığını və hücumun arxasında İsrailin olduğunu iddia etdiyini yazıb.

Yazıda İsrailin cənubundakı Aşdod şəhərindən Türkiyəyə gedən qadınların turist olduğu bildirilib.

Qəzet Or Atedgi və Natali Suissa adlı qadınların bir qrup qadınla Türkiyəyə tətilə getdiyini və İsrailə qayıtdığını yazıb. Atedginin həyat yoldaşı və Suissanın böyük qardaşı Liran Atedgi bu barədə İsrailin yerli mediasına danışıb:

“Or və Natali ən azı 8 digər israilli qadınla tətildə idi. Tətillərinin son gününü alış-veriş üçün ayırmışdılar. Həyat yoldaşım və bacım istəmədən terrorçunun yanından keçib. Onlar bir mağazada dayanan zaman qadın oradan keçib və bəlkə də 50 metr aralıda bombalı hücum təşkil edib”.

Qeyd edək ki, İranın xəbər agentliyi İRNA qadınların fotosunu paylaşaraq, “İki israilli qadının hücumda şübhəli bilinən şəxslə birlikdə gəzdiyi görünür” şərhini yazıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktını törətdiyi iddia edilən qadın partlayışdan dərhal sonra keçirilən əməliyyatla saxlanılıb.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Terrorçunun yanında görüntülənən israilli qadınlarla bağlı açıqlama

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica