Təranənin həbs səbəbi bəlli oldu
Təranənin həbs səbəbi bəlli oldu

Təranənin həbs səbəbi bəlli oldu

Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.

Axşam.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, T.Səmədova bir musiqiçinin şikayəti əsasında həbs edilib:

“İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində tanınıb. Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Xətai Rayon Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.

Əldə etdiyimiz digər məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişə hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.

Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.

Sizinxeber.Az

Təranənin həbs səbəbi bəlli oldu

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!