ilbet
Teleserialların keyfiyyəti necədir? – MTRŞ sədrindən AÇIQLAMA

Teleserialların keyfiyyəti necədir? – MTRŞ sədrindən AÇIQLAMA

Abunə Ol
Yanvar 6, 2022 11:14
Teleserialların keyfiyyəti necədir? – MTRŞ sədrindən AÇIQLAMA
0

BƏYƏNDİM

ABUNƏ OL

Teleserialların keyfiyyəti necədir? – MTRŞ sədrindən AÇIQLAMA
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Azərbaycanda çəkilən və efirdə yayımlanan teleserialların keyfiyyəti ilə bağlı məsələyə münasibət bildirib.
İ.Səttarov Trend-ə açıqlamasında qeyd edib ki, 2013-cü ildən bəri teleserial çəkilişinə dövlət tərəfindən vəsait ayrılmır:
“Dövlət tərəfindən vəsait 2012-ci və 2013-cü illərdə ayrıldı. Cəmiyyətdə elə başa düşürlər ki, dövlət pul ayırır, telekanallar keyfiyyətsiz seriallar çəkirlər. Telekanallar serialları öz vəsaitləri hesabına çəkirlər. Əlbəttə, bizim telekanalların çəkdiyi serialları türk, Avropa serialları ilə müqayisə etmək çətindir, çünki vəsaitləri azdır.
Ancaq son vaxtlar artıq bəzi kanallar nisbətən bahalı serialların çəkilişlərinə başlayıblar və onların da keyfiyyəti fərqlidir, xarici teleserialların keyfiyyəti ilə eyni olmasa da, nisbətən həmin səviyyəyə yaxınlaşır. Əsas odur ki, artıq serial sənayesi yaranıb, prodakşnlar, telekanallar seriallar çəkirlər. Təbii ki, serialların keyfiyyətlisi də, keyfiyyətsizi də var. Ancaq ümumi tendensiya yaxşıdır, yaxşılaşmağa doğru gedir. Bu, uzun vaxt və vəsait tələb edən bir prosesdir”, – deyə İ.Səttarov vurğulayıb.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.