ilbet
Tələbləri yerinə yetirildi: Bəs, qazaxlar niyə dağılışmır?

Tələbləri yerinə yetirildi: Bəs, qazaxlar niyə dağılışmır?

Abunə Ol
Yanvar 5, 2022 20:21
Tələbləri yerinə yetirildi: Bəs, qazaxlar niyə dağılışmır?
0

BƏYƏNDİM

ABUNƏ OL

Görünən odur ki, yanacaq qiymətlərinin qaldırılmasıyla spontan başlayan etirazlar sistemli şəkil almağa başlayıb. Etirazçıların ilk sosial tələbləri yerinə yetirilsə də, tələblər artıb və siyasiləşib. Belə olan halda vəziyyət daha da gərginləşəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qazaxıstandakı aksiyalara münasibətində deyib.

O bildirib ki, hazırda Prezident Tokayevin iki çıxış yolu var:

“Birinci yol etirazçılarla dialoqu davam etdirməkdir. Ancaq bu halda təminat yoxdur ki, etirazçılar evlərinə dönəcəklər. Əksinə, etirazçılar hakimiyyətin onlarla hesablaşdığını görüb tələblərinin sayını artıracaqlar. Bu sırada prezidentin istefası, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri dayanacaq.

İkinci yol etirazı ordu və polisin gücü hesabına yatırtmaqdır. Ancaq bu yol tələfata və növbəti gərginliyə qədər avtoritarizmin gücləndirilməsinə aparacaq ki, Qazaxıstan üçün bu halda nəticənin necə olacağını söyləmək çətindir”.

Politoloqun fikrincə, indi ən çox səslənən “Hadisələrin arxasında xarici qüvvələr dayanırmı” sualıdır:

“Rusiyanın adını hallandırmağa başlayıblar. Əlbəttə, Kremlin Qazaxıstanda çoxdan gözü var. Təsadüfi deyil ki, rusiyalı siyasətçilərin bir qismi Qazaxıstan adında dövlətin Rusiya torpaqları üzərində qurulduğunu iddia edirlər. Ancaq Qazaxıstanı qarışdırmaq Kremlə nə verəcək? Qazaxıstanın hazırki hakimiyyəti Rusiya ilə birgə bütün ittifaqlarda yer alıb, Kremlin ideyaları əleyhinə getmir. Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki?

Qərb dövlətlərinə gəldikdə: Vaşinqtonun və Brüsselin Qazaxıstanı qarışdırmaq üçün əllərində kifayət qədər alət yoxdur. Digər tərəfdən, ABŞ və Avropa İttifaqının Qazaxıstanda xaos yaratmaqda marağı yoxdur.

Pekinin son zamanlar Astana ilə münasibətlərində gərginlik var idi. Çin sentyabr ayı ərzində Qazaxıstanla sərhəddə idxal-ixrac əməliyyatlarında süni gərginlik yaratmışdı. Pekin Qazaxıstanın uyğurlara isti münasibətindən narazıydı.

Moskva və Pekin Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da, Qazaxıstanın asılı dövlət kimi idarə olunmasında maraqlıdırlar. Qazaxıstanda sabitlik pozularsa və xaos artarsa, Rusiya və Çinin bu ölkəyə müdaxilə etməsi ehtimalı artacaq.

Türkiyə də hadisələri kənardan izləyir. Ancaq son hadisələr Qazaxıstanı zəiflətmək, ən pis halda isə parçalamaq həddinə gətirərsə, Ankara seyrçi qala bilməyəcək”.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.