Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” – VİDEO

Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO
Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” - VİDEO

Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” – VİDEO
Səhiyyə Nazirliyinin Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti gənclərin Təcili Tibbi Yardımın “103” Çağrı mərkəzinə zəng edərək operatoru ələ salmasına dair sosial şəbəkələrdə yayılan xoşagəlməz videogörüntülərə münasibət bildirib.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Oxu.Az-ın sorğusuna verdiyi cavaba görə, məsələ ilə bağlı araşdırma aparılıb:
“Bu hadisə Bakı Təcili Tibbi Yardım Mərkəzində qeydə alınmayıb. Amma ümumilikdə bu kimi davranışlar yolverilməzdir. Həmin şəxslər telefon xəttini məşğul etməklə təcili tibbi yardıma həqiqətən ehtiyacı olan bir insanın haqqına girmiş olur, iş başında öz vəzifə borcunu yerinə yetirən işçiyə əsəb gərginliyi yaradırlar. Fikrimizcə, bu barədə hüquq mühafizə orqanları araşdırma aparıb lazımi tədbir görməlidirlər”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə gənclərin Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət etdiklərinə dair görüntülər yayılıb. Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, – deyərək Xidmətin operatorunu ələ salıblar. Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.
Könül Cəfərli

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Təcili yardım operatorunu ələ salanlara qurum rəsmisindən sərt reaksiya: “Tədbirlər görülməlidir” – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!