Sizin Reklamınız Burada ola bilər!
"Teatrdan işdən çıxartdılar, dolana bilmirəm"

“Teatrdan işdən çıxartdılar, dolana bilmirəm”

Aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından danışıb.

Axşam.az xəbər verir ki, bu haqda “ATV səhər”ə danışan sənətçi işdən gedəndən sonra səhhətində ciddi problemlər yarandığını vurğulayıb:

“50 ildir teatrda can qoymuşam. Teatrın 90 illiyi olan kimi,  məni ora çağırdılar və dedilər ki, ərizəni yaz, işdən çıx. Teatrdan məni uzaqlaşdırdılar. Bundan sonra çətin günlərim başladı, az qaldı məni infarkt vursun. Əməyimə görə 321 manat təqaüd alıram. Təqaüdüm yaxşı olsaydı, çəkilib oturardım ki, həm təqaüdüm var, həm də kənar çəkilişlərim, dolanardım. İndi nə yüksək təqaüd alıram, nə də ki çəkilişlərim var.

Teatrdan işdən çıxandan sonra, xəstəliklərim başladı üzə çıxmağa.İnsult vurdu, ayaqlarım tutuldu, sinəmdə xərçəng tapıldı. Bunlar hamısı fikirdən, dərddən oldu. Teatrda əvvəl yarımştata saldılar, sonra da müqaviləyə keçirtdilər. Adım rəsmi olaraq, teatrda var. Amma məni oraya rol oynamağa çağırmırlar”.

Aktrisa əlavə edib ki, teatrda ona heç bir rol verilmir:

“Söyləyirlər ki, get otur, sən lazım deyilsən. Niyə lazım deyiləm? Danışığım, ağlım, gözəlliyim yerində. Nəyə görə teatr səhnəsində lazım deyiləm? Bəs, bu yaşlı qəhrəmanların obrazını səhnədə kim canlandıracaq? Ana obrazlarını kim oynayacaq? Cavan qızlar? Qazancım əczaxanaya işləyir. O dərmanları nisyə alıram, sonra da gələn ay yarı-yarı ödəyirəm. Pulum yeməyə yoxdur. Pulumu yalnız dərmanlara xərcləyirəm. Mənə çəkilişlə bağlı zəng gələndə uçuram sevincimdən. Budur yaradıcılığım. Aktyor səhnədə dünyasını dəyişməlidir”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Teatrdan işdən çıxartdılar, dolana bilmirəm”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica