TDT-nin Baş katibi: “Heydər Əliyev türk dünyasının memarlarından biridir” – YENİLƏNİB + FOTO
“Qardaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bu gün – anadan olmasının 100-cü ildönümündə dərin ehtiramla yad edirik”.
Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyein bəyanatında deyilir.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış lider olub.
“Onun vətənpərvərliyi, müdrikliyi və iradəsi sayəsində Azərbaycan siyasi, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda böyük tərəqqiyə nail olub. Heydər Əliyev qardaş türk dövlətlərini və xalqlarını bir araya gətirməkdə mühüm xidmətləri ilə türk dünyasının memarlarından biridir” , – TDT Baş katibi qeyd edib.
09:08
Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, təşkilatın “Twitter” səhifəsində qeyd olunub:
“Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevi 100-cü doğum günündə hörmətlə anırıq”.
#Azerbaycan Cumhuriyeti’nin Milli Lideri #HaydarAliyev‘i 100. doğum yıl dönümünde saygıyla anıyoruz.
We commemorate with respect, the National Leader of the Republic of #Azerbaijan #HeydarAliyev on his 100th birth anniversary. pic.twitter.com/2ohZt1Vh4L
— Organization of Turkic States (@Turkic_States) May 10, 2023