Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? - VİDEO
Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? - VİDEO

Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? – VİDEO

Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? – VİDEO
Baku TV-nin müxbiri Tural Müseyibov Naxçıvan Ali Məclisində olub.
Vasif Talıbovun vəzifələrini müvəqqəti icra edən, eyni zamanda, Naxçıvan Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov ilə görüşmək istəyən müxbiri Qəbul sektorunun müdiri Rəşad Əhmədov qarşılayıb.
O bildirib ki, hazırda Azər Zeynalov müsahibə verə bilməyəcək:
“Azər müəllim deyir ki, mən hazırda icraçıyam. Hazırda müsahibə verə bilməyəcəm. Başqa zaman qismət olsa, görüşərik”.
“Vasif Talıbovun istefasından sonra şikayətlər dinlənilir, yoxsa həmişə belə həyata keçirilirdi?” sualına sektor müdiri prosesin hər zaman eyni olduğunu qeyd edib:
“Bu proses həmişə belə olub. Öhdəsindən gəlmişik, ya gəlməmişik deyə bilmərəm, onu vətəndaşlarımız daha yaxşı cavab verər. Qəbul ancaq həmişə belə olub”.
Qaydaların, qadağaların dəyişilməsi ilə bağlı suala Rəşad Əhmədov işində dəyişikliyin olmamasını bildirib:
“Mənim işimdə hələ ki heç bir dəyişiklik yoxdur. Mən öz işimi icra edirəm”, – deyə o əlavə edib.

Sizinxeber.Az

Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!