Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI – YENİLƏNİB

Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI - YENİLƏNİB
Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI - YENİLƏNİB

Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI – YENİLƏNİB
Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılmasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o öz “Facebook” hesabında paylaşım edib. 
Paylaşımda deyilir:
“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir.
Zəhmət olmasa, sözlərimi yozmayın.
1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
2. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.
3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.
4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm mərkəz, həm assosiasiya müqaviləni dəstəkləyir.
5. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik.
Başqa jurnalist yozmalarına inanmayın”.
12:08
“Bu barədə heç bir şərh verməyəcəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları oradan öyrənin”.
Bunu “Report”un əməkdaşına Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən çıxarılması barədə suala cavabında deyib.
O qeyd edib ki, Milli Kulinariya Assosiasiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək:
“Bu vəzifəmdə nə zamana kimi qalacağımı da bilmirəm”.
Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.
Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
1
t_cc_bl_ndim
Təəccübləndim
Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI – YENİLƏNİB

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!