Sizin Reklamınız Burada ola bilər!
featured

Şuşada yaşayış binalarını tikən İŞ ADAMLARI KİMDİR? – 56 MİLYON ALIBLAR

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub. Yeniavaz.com xəbər verir ki, İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq. Onu da qeyd edək ki, daha əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində “Conco” QSC (VÖEN – 1403054601) qalib olub və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat ödəyəcək.

Şuşa şəhərində yaşayış binaları inşa edəcək “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758″də yerləşir. 2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi isə Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3″də yerləşir.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Şuşada yaşayış binalarını tikən İŞ ADAMLARI KİMDİR? – 56 MİLYON ALIBLAR

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica