Gorus-Xankəndi yolundakı aksiya keçirilən əraziyə 17-GX-771 Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb. Jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına Rusiya sülhməramlıları tərəfindən icazə verilməyib. Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər. 15:00 Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər. Həmin görüntüləri təqdim edirik: 14:28 Rusiya sülhməramlıları azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə əlavə texnika cəlb ediblər. Belə ki, bölgəyə kran və bir neçə yük maşını gətirilib. Hələlik, texnikanın hansı məqsədlə gətirildiyi bəlli deyil. 14:20 Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Son məlumatlara görə, A.Volkov hadisə yerinə gəlmək üzrədir.

Şuşa-Xankəndi yolunda erməni jurnalistlərin arzuları ürəklərində qaldı
Şuşa-Xankəndi yolunda erməni jurnalistlərin arzuları ürəklərində qaldı
Sizinxeber.Az