Sumqayıtdakı yanğının əhatəsi genişlənir - CANLI + FOTO/VİDEO
Sumqayıtdakı yanğının əhatəsi genişlənir - CANLI + FOTO/VİDEO

Sumqayıtdakı yanğının əhatəsi genişlənir – CANLI + FOTO/VİDEO

Sumqayıtdakı yanğının əhatəsi genişlənir – CANLI – YENİLƏNİR + FOTO/VİDEO
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın davam edir.
Baku TV hadisə yerindən canlı yayımdadır:

23:38
“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN ərazidən yeni video yayımlayıb.

23:12
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.
Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.
21:27
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğını söndürmək mümkün olmayıb.
Oxu.Az xəbər verir ki, yağ-qida zavodu ərazisindəki yanğın hələ də davam edir.
“Global Photo Stock”un əməkdaşı yanğın yerindən fotoları lentə alıb.


















FOTO: Tapdıq Abdullayev
21:04
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın davam edir.
Oxu.Az xəbər verir ki, İctimai TV yanğının baş verdiyi ərazidən video görüntülər yayımlayıb.
Qeyd edilib ki, hadisə yerində partlayış səsləri eşidilir.
Həmin sujeti təqdim edirik:

19:47
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.
Əlavə məlumat veriləcək.








19:23
Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğının yeni görüntüləri yayılıb.
Oxu.Az “Azərsun Holding”in yağ-qida zavodundakı yanğının yeni görüntüləri təqdim edir:

18:25
“Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
17:59
Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.
Bu barədə Bakupost məlumat yayıb.
Bildirilib ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.

Sizinxeber.Az

Sumqayıtdakı yanğının əhatəsi genişlənir – CANLI + FOTO/VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!