Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı - Video
Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı - Video

Sülhməramlılar niyə üzü bağlıdır? Xüsusi təyinatlıdırlar?

Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarına və eləcə də bölgədə olan bütün Rusiyanın digər dövlət qurumlarının işçilərinə Qarabağda üzübağlı və ya maskada gəzmək qadağan edilməlidir. Xüsusilə Azərbaycan rəsmiləri, jurnalistləri və vətəndaşları ilə təmasları zamanı sülhməramlılar sözügedən qaydaya ciddi əməl etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədr müavini Fuad Çıraqov qeyd edib. Siyasi şərhçi eyni zamanda beynəlxalq hüquqda sülhməramlı qüvvələrə aid məsələlərin rus sülhməramlılarına da tətbiq olunmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Digər tərəfdən, döşündəki nişanda adı, soyadı, rütbəsi, xidmət yeri, qan qrupu göstərilməlidir. Açıq şəkildə isə internetdə kontingentin şəxsi heyətinin hər bir üzvü haqqında məlumat yerləşdirilməlidir. Yəni dünyanın başqa yerlərində beynəlxalq hüquq və standartlara əsasən sülhməramlılarla bağlı tətbiq edilən qaydaları Qarabağdakı ruslar da eynilə yerinə yetirilməlidir. Əgər bunlar sülhməramlıdırlarsa, bu şərtləri mütləq qəbul etməlidirlər. Rus sülhməramlılar ölkəmizin ərazisi olan Qarabağda hərbi əməliyyat meydanında nə tərəf, nə xüsusi təyinatlı, nə də xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. 10 noyabr bəyannaməsində Rusiyanın xüsusi təyinatlıları və xüsusi xidmət orqanlarının Qarabağda yerləşdirilməsi haqqında razılıq yoxdur”.

Sizinxeber.Az

Sülhməramlılar niyə üzü bağlıdır? Xüsusi təyinatlıdırlar?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!