Sizinxeber.az – Azərbaycan Xəbərləri

Qurbanov etiraf etdi: Psixoloji gərginlik var

Qurbanov etiraf etdi: Psixoloji gərginlik var
2 dəfə Baxılıb
08 Dekabr 2019 - 16:28

Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu.

Report xəbər verir ki, bunları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: “Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.

– Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?

– Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.

– Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?

– Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]