Главная > İdman > PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi - AÇIQLAMA
PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi - AÇIQLAMA10-02-2024, 13:10. Разместил: izzet |
|
“Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib. O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var: “Dünəndən etibarən “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb. Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır”. Вернуться назад |