Главная > İdman > İtaliya A Seriyası: "İnter" liderliyə yüksəldi
İtaliya A Seriyası: "İnter" liderliyə yüksəldi29-12-2025, 04:20. Разместил: izzet |
|
İtaliya A Seriyasının 17-ci turunda "İnter" "Atalanta" ilə səfər matçında üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə başa çatıb. Matçın taleyini Lautaro Martinesin 65-ci dəqiqədəki sərrast zərbəsi həll edib - 0:1. Bu qələbədən sonra "İnter" turnir cədvəlində liderliyi ələ keçirib. Komandanın aktivində 36 xal var. İkinci pillədəki "Milan" liderdən cəmi 1 xal geri qalır. "Atalanta" isə 22 xalla ilk onluğu qapayır. Вернуться назад |