Главная > İdman > "İmişli" ilə yoxlama görüşü alınmayan "Şamaxı" paytaxt təmsilçisi ilə üz-üzə gələcək
"İmişli" ilə yoxlama görüşü alınmayan "Şamaxı" paytaxt təmsilçisi ilə üz-üzə gələcək7-08-2025, 17:19. Разместил: izzet |
|
"Şamaxı"nın yay təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib müəyyənləşib. Sizinxəbər.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şirlər" avqustun 9-da "Zirə" ilə üz-üzə gələcəklər. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:45-də start götürəcək. Qeyd edək ki, Ayxan Abbasovun kollektivi daha öncə bu tarixdə "İmişli" ilə qarşılaşma planlasa da, qarşı tərəfin son anda imtina etməsi səbəbindən oyun baş tutmayacaq. Вернуться назад |