Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir

“Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir
14 dəfə Baxılıb
16 Noyabr 2019 - 22:51

“Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir
Bu mövsüm “Lester Siti”də göstərdiyi gözəl oyunu ilə diqqət mərkəzinə düşmüş Türkiyə millisinin futbolçusu Çağlar Söyüncüyə daha güclü komandanın marağı var.
İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Mançester Siti”nin Söyüncünü heyyətinə qatmaq fikri olduğu deyilir.
Bu mövsüm Premyer Liqaya o qədər də uğurlu olmayan start verən klubun baş məşqçisi Pep Quardiola dövrə arası transfer mərhələsi üçün futbolçunu siyahısına daxil edib.
Quardiolanı bu transferə yönəldən ən böyük səbəb “Lester”in 12 matçda qapısında sadəcə 8 qol görməsi və bunda ən böyük payın Conni Evans – Çağlar Söyüncü duetinin öhdəsinə düşməsidir.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]