Главная > Komanda > Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar
Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar7-06-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər. "Sizinxeber.az"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gələcək. Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub. Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Gürcüstan seçməsinin müqavimətini qırmağa çalışacaq. İsveçdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yığma ötən gün meydan sahiblərinə məğlub olub - 0:3. Вернуться назад |