Главная > Komanda > "Azərreyl"in voleybolçusu Yüksək Liqanın qalibi olmalarını şərh edib
"Azərreyl"in voleybolçusu Yüksək Liqanın qalibi olmalarını şərh edib24-04-2025, 19:00. Разместил: Rss Bot Report |
|
"Azərreyl"in qadınlardan ibarət voleybol komandasının oyuçusu Anastasiya Şupianiova Yüksək Liqanın qalibi olmalarını şərh edib. "Report"un məlumatına görə, o mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib. Voleybolçu qələbəyə inanaraq meydana çıxdıqlarını bildirib: "Finalın ilk matçında 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq. Mübarizə apardıq və bir-birimizə güvəndik". Qeyd edək ki, "Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Вернуться назад |