Главная > Komanda > Azərbaycan Basketbol Liqası: Müntəzəm mövsümdə sonuncu tura start verilib

Azərbaycan Basketbol Liqası: Müntəzəm mövsümdə sonuncu tura start verilib


1-04-2025, 16:30. Разместил: Rss Bot Report

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu start götürüb.

"Sizinxeber.az"un məlumatına görə, bu gün bir oyun keçirilib.

"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.

Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.


Вернуться назад