Главная > Komanda > NTD-nin baş məşqçisi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"
NTD-nin baş məşqçisi: "Ən yaxşı oyunlarımız hələ qabaqdadır"7-03-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Ən yaxşı oyunlarımız hələ qabaqdadır. "Report" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib: “Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodın ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”. Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Вернуться назад |