Главная > Komanda > "Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"19-01-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq. "Sizinxeber.az" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XI turunda "Lənkəran"la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib. Mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq. Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik". Вернуться назад |