Главная > Komanda > FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün sonuncu matçını keçirəcək
FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün sonuncu matçını keçirəcək13-11-2024, 10:00. Разместил: Rss Bot Report |
|
"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda bu gün sonuncu oyununu keçirəcək. "Report"un məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq Dolfins"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib. Вернуться назад |