Главная > Komanda > Azərbaycan Basketbol Liqası: "Gəncə" ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqası: "Gəncə" ardıcıl üçüncü qələbəsini qazanıb2-11-2024, 14:30. Разместил: Rss Bot Report |
|
"Gəncə" cari mövsüm Azərbaycan Basketbol Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. "Report"un məlumatına görə, Halil Atlının baş məşqçisi olduğu kollektiv III turda "Ordu" ilə üz-üzə gəlib. Qarşılaşma bölgə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 82:61. "Gəncə" ilk turda "Lənkəran"ı (90:75), II turda "Quba"nı (90:62) məğlub edib. Qeyd edək ki, günün digər qarşılaşmasında "Quba" "Lənkəran"la qarşılaşacaq. Əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. Tura noyabrın 3-də iki matçla yekun vurulacaq. Вернуться назад |