Главная > Komanda > FIBA Avropa Kuboku: "Sabah" bu gün növbəti matçını keçirəcək
FIBA Avropa Kuboku: "Sabah" bu gün növbəti matçını keçirəcək30-10-2024, 09:30. Разместил: Rss Bot Report |
|
"Sabah" FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək. "Sizinxeber.az"un məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Belçika təmsilçisi "Spiru" ilə qarşılaşacaq. Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Qarşılaşmanı Zdenko Tomaşoviç (Slovakiya), Edis Tolqa (Türkiyə) və Viktor Naqi (Macarıstan) idarə edəcəklər. Qeyd edək ki, komandalar arasında ilk görüşdə "Sabah" səfərdə 81:82 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi həmçinin doğma meydanda "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq Dolfins"ə (İsveç) 70:74 hesabı ilə uduzub. Вернуться назад |