Главная > Komanda > Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb22-08-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb. "Sizinxeber.az" xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsində E qrupunun Bolqarıstanda təşkil olunacaq matçlarında ədaləti qoruyacaq. Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə.Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb. Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb. Вернуться назад |