Главная > Komanda > Azərbaycan millisində çıxış etmiş basketbolçu “Abşeron Lions”la anlaşıb
Azərbaycan millisində çıxış etmiş basketbolçu “Abşeron Lions”la anlaşıb22-08-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb. Klubdan "Report"a verilən məlumata görə, oyunçu qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq. Ötən mövsümü “Sumqayıt”da keçirən Donat hər oyuna orta hesabla 11.5 ribaundla çıxış edib. Qeyd edək ki, basketbolçu Azərbaycana gəlməmişdən əvvəl Türkiyədə "Qalatasaray", "Türk Telekom", "TED Ankara Koleji", "Çağdaş Bodrumspor" və "Sığortam Net" komandalarında oynayıb. Вернуться назад |