Главная > Komanda > Azərbaycan millisinin üzvü "Sabah"a keçib
Azərbaycan millisinin üzvü "Sabah"a keçib21-08-2025, 12:00. Разместил: Rss Bot Report |
|
“Sabah” basketbol klubu Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanovu heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla "2+1" illik müqavilə imzalanıb. Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA school"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb. Вернуться назад |