Главная > Komanda > Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək


20-08-2025, 16:30. Разместил: Rss Bot Report

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.

Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.

Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.


Вернуться назад