Главная > Komanda > Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyuna təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyuna təyinat alıb15-08-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb. Bu barədə "Sizinxeber.az"a AVF-dən məlumat verilib. M.Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Вернуться назад |