Главная > Komanda > Azərbaycanın voleybol millisi Belçikaya yollanıb
Azərbaycanın voleybol millisi Belçikaya yollanıb12-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib. Azərbaycan Voleybol Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, yığma Roeselare şəhərinə yollanıb. Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək. Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb. Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millinin yekun heyəti: Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov Baş məşqçi: Fərid Calalov Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov Вернуться назад |