Главная > Komanda > Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb12-07-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb. Bu barədə "Report"a AVF-nin mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 11-13 iyulda Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək. Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır. Вернуться назад |