Главная > Komanda > AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb

AVF rəsmisi Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb


27-06-2025, 10:30. Разместил: Rss Bot Report

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

AVF-dən “Sizinxeber.az”a verilən məlumata görə, o, kişi voleybolçular arasında Gümüş Avropa Liqası oyunlarına təyinat alıb.

N.İsmayılova iyunun 27-29-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək matçlarda supervayzer qismində hakimlərin işinə qiymət verəcək.

Yarışda Gürcüstan, Farer adaları və Lüksemburq komandaları çıxış edəcək.


Вернуться назад