Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
mar
2025
10:00

Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək

12 mar, 2025
10:00
600

Azərbaycanın həndbol millisi bu gün Nigeriya ilə üz-üzə gələcək

Azərbaycan millisi həndbolu inkişafda etməkdə olan ölkələrin çempionatında növbəti oyununu bu gün keçirəcək.

"Sizinxeber.az"un məlumatına görə, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Azərbaycan millisi ötən gün Moldovaya 21:33 hesabı ilə uduzub.

Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.

Bizimlə əlaqə saxlayın