09
mar
2025
22:00

yuxarı
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu matçda "Sumqayıt" "Ordu"nu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 122:116.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "gənclik şəhəri" təmsilçisi dördüncü pillədə qərarlaşıb. "Hərbçilər" 28 xalla üçüncü sıradadır.
Günün ilk matçında "Gəncə" "Lənkəran"dan üstün olub - 90:76.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.