Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
13:00

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı açıqlanıb

04 mar, 2025
13:00
919

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun proqramı açıqlanıb.

"Sizinxeber.az" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turun hər üç qarşılaşması martın 5-də keçiriləcək.

Saat 14:00-da MOİK "Azərreyl"lə, 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə, 18:00-da isə "Neftçi" "Gənclər"lə üz-üzə gələcək.

Qeyd edək ki, hər üç görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bizimlə əlaqə saxlayın