"Abşeron"un voleybolçusu: "Bugünkü qələbəyə görə çox sevincliyəm" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
fev
2025
23:30

"Abşeron"un voleybolçusu: "Bugünkü qələbəyə görə çox sevincliyəm"

19 fev, 2025
23:30
686

"Abşeron"un voleybolçusu: "Bugünkü qələbəyə görə çox sevincliyəm"

Bugünkü qələbəyə görə çox sevincliyəm.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Abşeron"un üzvü Xədicə Seyidli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda UNEC-lə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qarşılaşmanın çətin keçdiyini bildirib:

UNEC-lə matçda baş məşqçimiz Famil Ağayev mənə şans verdi. Bu mənim üçün sevindirici hal idi. Özümü yaxşı tərəfdən göstərə bilməyim üçün əlimdən gələni edirəm. Bugünkü qələbəyə görə sevincliyəm. Komanda yoldaşlarımı təbrik edirəm. Qarşıdakı görüşlərdə də qələbələr qazanmağa çalışacağıq.

Qeyd edək ki, "Abşeron" - UNEC görüşü birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın