"Abşeron" ABŞ-dən olan oyunçunu transfer edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
fev
2025
13:30

"Abşeron" ABŞ-dən olan oyunçunu transfer edib

19 fev, 2025
13:30
719

"Abşeron" ABŞ-dən olan oyunçunu transfer edib

"Abşeron" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.

Bu barədə "Sizinxeber.az"a klubun mətbuat xidmətindən məlumat verilib.

25 yaşlı oyunqurucusu Ayinde Hikkim mövsümün sonuna qədər komandanın formasını geyinəcək.

O, ilk olaraq ölkəsində "La Salle University Explorers" klubunda çıxış edib. Ayinde Hikkim daha sonra 3 mövsüm Massaçusets Universitetinin "Lowell River Hawks" komandasının şərəfini qoruyub.

Qeyd edək ki, "Abşeron" buna qədər Jaja Devislə yollarını ayırıb, Ömər Yavaşla isə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın