Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə ilk pillədə qərarlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
fev
2025
09:30

Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə ilk pillədə qərarlaşıb

17 fev, 2025
09:30
614

Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə ilk pillədə qərarlaşıb

Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə ilk pillədə qərarlaşıb.

“Report” xəbər verir ki, Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb. Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.

Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.

Bizimlə əlaqə saxlayın