Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
fev
2025
13:00

Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

14 fev, 2025
13:00
851

Avropa çempionatı: Azərbaycanın badminton millisi üçüncü oyunda da məğlub olub

Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatındakı sonuncu oyununda da məğlub olub.

"Report"un məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Hazırda hesab Danimarka komandasının xeyrinədir - 3:1. Sonuncu set nəticəyə təsir etməyəcək.

Qeyd edək ki, yığma daha əvvəl İspaniya və İngiltərəyə 2:3 hesabı ilə uduzub.

Bizimlə əlaqə saxlayın