12
fev
2025
09:40
yuxarı
Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürür
Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürür
Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürəcək.
"Report"un məlumatına görə, I qrupda yer alan Azərbaycan millisi ilk turda İngiltərə yığması ilə üz-üzə gələcək.
Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq.
Bu gün II qrupda Fransa - Almaniya və Niderland - Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.