01
fev
2025
16:30
yuxarı
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.
Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.