Azərbaycan Basketbol Liqası: “Şəki" "Ordu"nu məğlub edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
yan
2025
16:00
0
0
1 106

Azərbaycan Basketbol Liqası: “Şəki" "Ordu"nu məğlub edib

26 yan, 2025
16:00
1 106

Azərbaycan Basketbol Liqası: “Şəki" "Ordu"nu məğlub edib

Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu oyunda "Şəki" "Ordu"nu qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:74.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Şəki" B qrupunda liderdir. İyirmi xala malik olan qonaqlar üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Abşeron" "Sərhədçi"ni (86:79), "Sabah" "Neftçi"ni (75:65), "Sumqayıt" "Lənkəran"ı (93:90), "Gəncə" "Quba"nı (96:78), NTD isə "Naxçıvan"ı (90:70) məğlub edib.

Bizimlə əlaqə saxlayın