ABŞ-dən olan basketbolçu: "Azərbaycan klubuna keçmək xeyrimə oldu" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
yan
2025
13:30

ABŞ-dən olan basketbolçu: "Azərbaycan klubuna keçmək xeyrimə oldu"

23 yan, 2025
13:30
873

ABŞ-dən olan basketbolçu: "Azərbaycan klubuna keçmək xeyrimə oldu"

Bu komandaya keçmək xeyrimə oldu.

"Report" xəbər verir ki, bunu "Ordu" klubunun heyətinə yeni cəlb etdiyi basketbolçu Marcale Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan 31 yaşlı oyunçu komandaya uyğunlaşdığını bildirib:

"İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi altında oynamaq şansını əldən buraxa bilməzdim. Onun basketbol fəlsəfəsi xoşuma gəlir və hesab edirəm ki, Blankonun taktiki sxemində özümü yaxşı tərəfdən göstərəcəyəm".

Marcale Lotts "Ordu"nun əla heyətə malik olduğunu söyləyib:

"Bu, mənə əlavə motivasiya verir. Fikrimcə, bu komandaya keçməklə yenidən yüksək səviyyədə oynaya biləcəyəm”.

Bizimlə əlaqə saxlayın