Azərbaycan Basketbol Liqası: "Naxçıvan" qələbə qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
yan
2025
22:30

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" qələbə qazanıb

14 yan, 2025
22:30
709

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" qələbə qazanıb

Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyununda "Naxçıvan" qələbə qazanıb.

"Report" xəbər verir ki, A qrupunda baş tutan matçda Murat Dikmenin rəhbərlik etdiyi kollektiv "Abşeron"u 102:82 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah reallaşacaq. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində başlayacaq.

Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Bizimlə əlaqə saxlayın