Müalicəsini davam etdirən Azərbaycan millisinin sabiq üzvü MOİK klubunda məşqçi işləyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
yan
2025
14:00

Müalicəsini davam etdirən Azərbaycan millisinin sabiq üzvü MOİK klubunda məşqçi işləyir

06 yan, 2025
14:00
742

Müalicəsini davam etdirən Azərbaycan millisinin sabiq üzvü MOİK klubunda məşqçi işləyir

Müalicəsini davam etdirən Azərbaycan voleybol millisinin sabiq üzvü Tural Həsənli paralel olaraq MOİK klubunda məşqçi işləyir.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında keçmiş voleybolçunun özü bildirib.

2023-cü ilin sonunda əməliyyat olunan T.Həsənli hazırda özünü yaxşı hiss etdiyini söyləyib:

"Şükürlər olsun, hər şey qaydasındadır. Hələ də müalicə alıram. Paralel olaraq MOİK klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərirəm. Oyunçu karyeramı bərpa etmək ehtimalım yoxdur. Artıq bunu istəmirəm. Mütəxəssis kimi dünya standartları ilə ayaqlaşan voleybolçular yetişdirmək və hər gün yeni nələrsə öyrənmək niyyətindəyəm".

Qeyd edək ki, 2023-cü ilin dekabrında "Xarı Bülbül" (Şuşa) klubunun heyətində yer alan Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda reallaşan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

Bizimlə əlaqə saxlayın