Azərbaycan Basketbol Liqası: "Naxçıvan" NTD-ni üstələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
dek
2024
18:00

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" NTD-ni üstələyib

17 dek, 2024
18:00
705

Azərbaycan Basketbol Liqası: "Naxçıvan" NTD-ni üstələyib

Azərbaycan Basketbol Liqasının VII turunda "Naxçıvan" NTD-ni üstələyib.

"Sizinxeber.az" xəbər verir ki, A qrupunun "Sərhədçi" İdman Mərkəzində gerçəkləşən matçı Naxçıvan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün B qrupunda "Sumqayıt" evdə "Lənkəran"la qarşılaşıb. Görüş meydan sahiblərinin 108:99 hesablı qələbəsi ilə nəticələnib. Günün son matçında isə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

Turun digər oyunları dekabrın 18-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın