Bakıda çövkən üzrə XI Prezident Kubokuna start verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
dek
2024
16:00

Bakıda çövkən üzrə XI Prezident Kubokuna start verilib

16 dek, 2024
16:00
677

Bakıda çövkən üzrə XI Prezident Kubokuna start verilib

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb.

ARAF-dan “Sizinxeber.az”a verilən məlumata görə, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.

Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.

Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın