Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
dek
2024
20:00

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçirilib

13 dek, 2024
20:00
706

Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.

“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıblar.

"Gəncə" kollektivi "Murov Az Terminal"ı, "Azərreyl" isə UNEC komandasını 3:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, üç turdan sonra birinci, ikinci pillələri bölüşən"Abşeron" və "Azərreyl"in 8 xalı var. “Gəncə” və “Murov Az Terminal” 4, “Milli Aviasiya Akademiyası” isə 3 xala malikdir. Bütün görüşlərdə məğlub olan UNEC isə xalsızdır.

Bizimlə əlaqə saxlayın